Ordu.az “Defense News”a istinadən xəbər verir ki, “Hellfire” raketlərini “Ortaq Hava-Yer Raketi” (JAGM) əvəzləyəcək.
Məlumata görə, “Lockheed Martin” ilkin istehsal sonunda ABŞ QQ-yə 2631 raket çatdıracaq. Bu raketlərin QQ tərəfindən istifadəsinə isə 2019-cu ilin əvvəllərində başlanması nəzərdə tutulur.
Qeyd edək ki, bu vaxta qədər JAGM raketləri AH-64E “Apache” və AH-1Z “Viper” hücum helikopterləri tərəfindən sınaqdan keçirilib.
Ağalar Ağalarlı
Ordu.az