Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, separatçılar Donetskin Ukraynanın nəzarətində olan Mariupol liman şəhəri yaxınlığındakı Bohdanivka kəndində ordu qüvvələrinə hücum ediblər.
Hücum zamanı separatçılar 122 mm-lik artilleriya sistemlərindən atəş açıblar. Nəticədə 3 əsgər həlak olub, yaralananların sayı üçə çatıb. Eyni zamanda separatçıların itkiləri barədə məlumat da dəqiqləşib. Qarşıdurmalarda separatçılardan 10 nəfər məhv edilib, 7 nəfər isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az