Əfqanıstan HHQ “Talibana” qarşı mübarizəsini gücləndirir

2018/06/a-281_1530170734.jpg
Oxunub: 2712     15:25     28 İyun 2018    
Əfqanıstan Hərbi Hava Qüvvələri ölkə boyunca “Taliban” qiyamçılarına qarşı mübarizə imkanlarını və səmərəliliyini əhəmiyyətli səviyyədə artırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun Qətiyyətli Dəstək Missiyasının hava komandirinin köməkçisi general Lans Bunç danışıb.

“Əfqanıstan HHQ apardığı müharibədə öz imkanlarına yenilərini əlavə etməyə davam edir. Bunlardan son olaraq UH-60 helikopterlərinə quraşdırılmaq üçün nəzərdə tutulmuş lazerlə idarəolunan bombalar göstərmək olar”, - deyə Bunç qeyd edib.

O, beynəlxalq koalisiyanın hava qüvvələrinin də “Taliban”a qarşı hücumları artırdığını, eyni zamanda Əfqanıstan qüvvələrinin maliyyələşdirilməsi və infrastruktur ehtiyaclarını dəstəkləməyə davam etdiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   HHQ  


Bizi "telegram"da izləyin