Cənubi Çin Dənizində artan Çin təhlükəsi Vyetnamı müdafiə məsələləri ilə daha çox maraqlanmağa məcbur edir.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Vyetnam ordusunda hazırda bir sıra ciddi problemlər mövcuddur.
Vyetnam Müdafiə Nazirliyindən bildirilir ki, problemlərin başında HHQ-nin yetərli sayda təyyarəyə sahib olmaması dayanır. Bu problemin aradan qaldırılması üçün artıq yeni doktrina qəbul edilib. Qəbul edilən qanun layihəsinə əsasən HHQ üçün çox sayda “Su-27” və “Su-30” qırıcıları alınacaq.
Qeyd edək ki, Vyetnam HHQ-ə məxsus “MiQ-21” qırıcılarının sonuncusu 2015-ci ildə istifadə müddətini yekunlaşdırıb. Bundan sonra ordunun “Su-27” və “Su-30”larla təmin edilməsi ilə bağlı doktrina qəbul edilib. Lakin daha sonra bu qərarının tətbiqində bir sıra problemlər yaranıb.
Dəyanət Ağalarlı
Ordu.az