Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Kral Donanmasının keçmiş admiralı Alan Vest bildirib.
Radikal çıxışları ilə tanınan admiral qeyd edib ki, onun ən böyük arzusu Rusiya ilə müharibədə iştirak etməkdir.
“Donanma sürətlə inkişaf edir. Ən əsası bizim donanmadakı döyüş gəmiləri daha yüksək keyfiyyətə və funksionallığa sahibdir. Yaxın gələcəkdə Rusiya HDQ-nin Böyük Britaniya qarşısında heç bir şansı qalmayacaq”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az