ABŞ donanması enerjiyə qənaət edəcək gəmi örtükləri təkmilləşdirir

2018/06/35886325_2573091099583709_7177600584587935744_n_1529750710.jpg
Oxunub: 2357     20:37     23 İyun 2018    
ABŞ Donanmasının Tədqiqat İdarəsi Miçiqan Universitetinin Material elmi və Mühəndislik üzrə professoru Aniş Tutecanın rəhbərlik etdiyi komanda ilə birlikdə yeni növ örtük araşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu kimyəvi örtük şəffaf, davamlıdır və müxtəlif növ səthlərə tətbiq edilə bilər və demək olar ki, heç bir mayeni buraxmır.

Donanma bu örtüyü adi, sualtı və pilotsuz sualtı gəmilərində istifadə etməyi planlaşdırır. Onun gəmilərdə yanacağın istifadəsini azaldacağı və enerji xərclərinə qənaət imkanı verəcəyi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-donanması   Miçiqan-Universiteti   Gəmi-örtüyü  


Bizi "telegram"da izləyin