ABŞ HHQ “B-52H” qırıcıları üçün yeni bombardman asqıları alacaq

2018/06/36003067_2573087972917355_5541707499284987904_n_1529750474.jpg
Oxunub: 2067     22:30     23 İyun 2018    
Qırıcıların hər bir qanadında 8 ton ağırlığında hipersəs kruz raketlərini daşıya bilməsi üçün yeni asqılarla təchiz olunacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunun üçün Pentaqon “EMD” şirkəti ilə ilkin razılığa gəib.

Müqavilə imzalanacağı təqdirdə qarşıdakı 6 il ərzində şirkət ordunun sərəncamındakı bütün “B-52H” qırıcılarının raket atıcı asqılarının yenilənməsini həyata keçirəcək.

Qeyd edək ki, modernizasiyadan sonra təyyarələr hər qanadında 8 ton ağırlığındakı ABŞ HHQ-nin qeyri-nüvə raketləri içində ən güclüsü olan hipersəs kruz raketləri ilə təchiz ediləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-HHQ   B-52H  


Bizi "telegram"da izləyin