Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, ABŞ donanmasının məlumatına görə, müqavilənin dəyəri 39,6 milyon dollardır.
“General Atomics”in dronları ABŞ-ın Dəniz korpusunun qüvvələrinə dəstək məqsədilə uçuşlar həyata keçirəcək. Onlar kəşfiyyat, nəzarət və axtarış əməliyyatları üçün istifadə ediləcək.
Onlar Dəniz korpusunun Cənub-qərb Tapşırıq Qüvvələri ilə birgə fəaliyyət göstərəcək. Bölgədəki qoşunlar Əfqanıstan qüvvələrinə məsləhət və yardım missiyası həyata keçirir.
Ağalar Ağalarlı
Ordu.az