Ordu.az “Janes”ə istinadən xəbər verir ki, donanmanın şimal filotiliyasına qoşulacaq “Ivan Gren” Yantar Gəmiqayırma tərəfindən tikiləcək olan iki belə gəmidən birincisidir.
Bu gəminin tikintisi 2004-cü ilin dekabrında başlayıb, lakin texniki problemlərdən dolayı uzun müddət proqram təxirə salınıb, nəticədə 14 il ərzində onu tamamlamaq mümkün olub.
120 m uzunluq, 16,5 metr en və 3,8 m hündürlüyə malik gəmi 6600 ton ağırlığı götürə bilir. Onun maksimum sürəti 33 km/saatdır.
Ağalar Ağalarlı
Ordu.az