Litva və Polşa hərbi əməkdaşlığı möhkəmləndirəcək

2018/06/36063504_2573079392918213_9058240268129533952_n_1529750040.jpg
Oxunub: 2102     19:17     23 İyun 2018    
“Biz hazırkı təhlükəsizlik vəziyyətində hərbi əməkdaşlığı və birgə işləmə səviyyəsini gücləndirməyin əhəmiyyətli olduğuna razılaşdıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Litvanın Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Yonas Vytautas Zukas bəyan edib.

Polşalı həmkarı general Leszek Suravski ilə Varşavada bir araya gələn Zukas görüşdə regional təhlükəsizlik və qarşılıqlı hərbi əməkdaşlığa dair müzakirələr aparıldığını bildirib.

O, həmçinin, Ukraynanın da daxil olduğu üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair razılıq əldə edildiyini qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Polşa   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin