NDAA ABŞ-ın hərbi kibertəhlükəsizliyini gücləndirəcək

2018/06/548747857_1529749669.jpg
Oxunub: 2500     18:28     23 İyun 2018    
Bu həftənin əvvəlində Senatın qəbul etdiyi Milli Müdafiə Səlahiyyətləndirmə Qanununda (NDAA) hərbi kiber imkanlar və xarici kiber əməliyyatlara qarşı çəkindirməyə əlavə yatırımlar nəzərdə tutulub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu büdcə ilə ölkənin kibertəhlükəsizlik qabiliyyətlərini gücləndirməsinə töhfə verəcək.

Məlumata görə, ABŞ-ın əhəmiyyətli infrastrukturları hələ də kiberhücumlara qarşı həssasdır. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yeni kibertəhlükəsizlik strategiyasında 2006-2015-ci illər ərzində ABŞ-a qarşı edilən kiberhücumların 10 dəfədən çox artdığı göstərilib.

Sonuncu beklə hücumlardan ötən il baş verən “NotPetya” nəticəsində dünya üzərində kompaniyalara ümumilikdə 1,2 milyard dollarlıq zərər dəyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NDAA   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin