Çavuşoğlu: "Münbic yol xəritəsi ABŞ-a etibarın bərpasına kömək edəcək"

2018/06/148780148_1529744343.jpg
Oxunub: 2236     16:59     23 İyun 2018    
Türkiyə Xarici İşlər naziri Mövluq Çavuşoğlu Münbi məsələsində ABŞ-la əldə olunan razılığı yüksək qiymətləndirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir atılan addımları ümumi olaraq son dönəmlərdə tərəflər arasında ən uğurlu addım kimi qəbul edib.

O bildirib ki, PKK və YPG-yə verdiyi dəstəklərdən dolayı ABŞ-a qarşı Türkiyənin sarsılan güvəni Münbicdə əldə olunan razılığın ardından yenidən bərpa oluna bilər.

Münbic yol xəritəsi faktiki tətbiq olunduqda, YPG bölgədən tam olaraq çıxarıldıqdan sonra ABŞ-Türkiyə münasibətlərinin əvvəlki çərçivəyə qayıdacağını ehtimal etmək olar”, - deyə Çavuşoğlu qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Münbic  


Bizi "telegram"da izləyin