Rusiyanın sahil gəmiləri hərbi əməliyyatlar üçün yararlılığını itirir

2018/06/8478475824_1529742485.jpg
Oxunub: 3759     16:19     23 İyun 2018    
Rusiyanın sahil mühafizə filotiliyasındakı gəmilər əvvəllər sahib olduğu hücum qabiliyyətlərini böyük ölçüdə itirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Novoye Voennoye Obozreniye” nəşrində yayımlanan yazıda qeyd olunub.

Yazıda Moskvanın buna qarşı yeni kurs qəbul etdiyi və onları yenidən silahlandırmağa çalışdığı bildirilir.

Sovet və Rusiya doktrinasında, sahil müdafiə gəmilərinin müharibə zamanı döyüş filotiliysına çevrilməsi nəzərdə tutulurdu. Buna görə də, onlar sahil gəmilərinin olmalı olduğundan daha çox silahlandırılırdı

25 il ərzində diqqətdən kənarda qalan bu gəmilər hücum qabiliyyətlərini böyük ölçüdə itiriblər. Son dövrdə isə Moskva "Soyuq Müharibə" dövründə olduğu kimi bu gəmilərin yenidən silahlandırılmasına və donanmanın əməliyyatlarına dəstək məqsədilə istifadəsinə başlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sahil-gəmisi   Soyuq-Müharibə  


Bizi "telegram"da izləyin