Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkələrin Müdafiə nazirləri bəyanat yayıblar.
Kipr Müdafiə naziri Savvas Angelides, İsrail Müdafiə naziri Aviqdor Liberman və Yunanıstan Baş naziri Panos Kammenos, həmçinin, kibertəhlükəsizlik, birgə hərbi təlimlər, axtarış və xilasetmə əməliyyatları üzrə də əməkdaşlığı dərinləşdirəcəklərini vurğulayıblar.
Kipr Müdafiə naziri ad çəkməsə də, nitqində bu ifadələrə yer verib: “Bizim bu yaxın əməkdaşlığımız heç bir ölkəyə təhdid yaratmır”.
Ağalar Ağalarlı
Ordu.az