SQQ cənub-qərbi Suriyada ən böyük hücumunu başladıb

2018/06/234234_1529739762.jpg
Oxunub: 3098     15:40     23 İyun 2018    
Suriya Quru Qoşunları keçən gecə ölkənin cənub-qərb bölgəsi istiqamətində ən geniş miqyaslı hücumunu başladıb.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, hökumət qüvvələri Dera vilayətindəki silahlılara qarşı yer-yer raketləri və artilleriya toplarından hücum edib.

Məlumata görə, ordu əl-Hirak, Məsifra, Məlihə Şərqiyə, Məlihə əl-Qarbiya Busra əl-Şam, Busra əl-Hərir şəhərlərinə doğru irəliləməkdə davam edir.

Aşağıdakı videoda hökumət qüvvələrinin Məsifrə şəhərinə həyata keçirdiyi MLRS hücumları müşahidə edilir.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin