Əsəd: “ABŞ-la danışıqlar zaman itkisi olacaq”

2018/06/23423_1529738205.jpg
Oxunub: 3192     15:15     23 İyun 2018    
“Biz inanırıq ki, düşmənləriniz və yaxud hər hansısa fərqli siyasi kursa sahib ölkələrlə danışıqlar, müzakirələr produktiv olur. Lakin bu məsələdə, biz ABŞ-la ilk dəfə danışıqlara getdiyimiz 1974-cü ildən bu vaxta qədər heç vaxt heç nəyə nail ola bilmədik”.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Suriyanın prezidenti Bəşər Əsəd səsləndirib.

O bildirib ki, Amerika prezidentlərinin əsas problemi öz lobbilərinin əlində əsir olmaqlarıdır.

“Tramp buna çox gözəl nümunədir, buna görə də, hazırda ABŞ-la danışıqlara və müzakirələrə getmək sadəcə heç bir şeyin əldə edilmədiyi zaman itkisi olacaq”, - deyə Əsəd vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əsəd   Suriya-böhranı  


Bizi "telegram"da izləyin