Rusiya ordusu Şərqi Qutaya yardım paylayıb

2018/06/6456_1529736562.jpg
Oxunub: 3071     14:48     23 İyun 2018    
Rusiya hərbi personalı Suriyanın Şərqi Quta bölgəsindəki Kafr Batna şəhərin sakinlərinə ərzaq və təmizlik məhsulları paylayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada döyüşən tərəfləri uzlaşdırma mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əhaliyə ümumilikdə 7500 ton yardım verilib. Bu, artıq ikinci dəfədir ki, Rusiya ordusu əhaliyə yardım paylayır. Onu əldə etmək üçün isə yerli sakinlərə xüsusi kartlar verilir.

Məlumata görə, təqribən 500 ailə yardımdan faydalanıb. Mərkəzin məlumatına görə, nəticələr analiz edildikdən sonra ehtiyac olduğu halda yenidən yardımlar ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şərqi-Quta  


Bizi "telegram"da izləyin