Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Boliviyadakı səfiri Vladimir Sprinçan bildirib.
“Layihə artıq hazırdır. Ehtimal ki, iyulun sonlarına doğru El Altoda mərkəzin tikintisində başlanacaq”, - deyə Sprinçan bəyan edib.
Qeyd edək ki, Rusiya və Boliviya 2016-cı il martın 6-da El Altoda nüvə tədqiqat mərkəzinin tikintisində əməkdaşlığa dair hökumətlərarası razılıq əldə ediblər. El Alto dəniz səviyyəsindən 4100 metr yüksəklikdə yerləşir. Bloiviya hökuməti mərkəzin tikintisinə 300 milyon dollar xərcləməyi planlaşdırır.
Ağalar Ağalarlı
Ordu.az