Çin nüvə enerjili aviadaşıyıcı məqsədinə doğru irəliləyir

2018/06/1458451025148_1529732965.jpg
Oxunub: 4029     13:49     23 İyun 2018    
Çin nüvə gücünə malik aviadaşıyıcı əldə etmək üçün atdığı addımlarda Rusiyanın yolunu izləyir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, artıq hərbi analitiklər Pekinin bu məqsədinə nail olub-olmadığı barədə suallar ünvanlamağa başlayıblar.

Nüvə imkanlı aviadaşıyıcı üçün sənayedən təkliflər istəyən sənədin üzə çıxması bu Çinin aviadaşıyıcı təkmilləşdirmə yolunda artıq ciddi addımlar atdığına dair fikirlər formalaşdırıb.

Hətta Çinin rəsmi mətbu orqanı olan “Global Times” bir qədər də irəli gedərək öz yazısında aşağıdakı ifadələrə yer verib: “Bu Çinin ilk nüvə enerjili gəmisidir. Gəmi Çinin nüvə enerjili gəmi istehsalında əhəmiyyətli nailiyyətlər əldə etdiyinin göstəricisidir”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   aviadaşıyıcı  


Bizi "telegram"da izləyin