Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi son olaraq ötən həftə 9K720 “İsgəndər” qısa mənzilli mobil raket sisteminin sınağından video yayımlayıb.
“İsgəndər” xidmətə 2006-cı ildə verilib və ilk dəfə 2008-ci ildə Gürcüstanla müharibədə istifadə olunub. Moskva onu “Skud” raketlərini əvəzləmək məqsədilə hazırlayıb.
400-500 kilometr mənzilə sahib “İsgəndər” həm ətalət, həm də optik idarəetmə sistemindən istifadə edir. O, 700 kiloqram ağırlığa qədər ənənəvi və nüvə başlıqları daşımağa qadirdir.
Ağalar Ağalarlı
Ordu.az