Ordu.az “Fox News”a istinadən xəbər verir ki, rəsmilərin sözlərinə görə, hadisə Nyu Meksiko ştatında baş verib.
Yerli vaxtla saat 11:30 radələrində Holloman aviabazasından 65 mil məsafədə təlimdə olan A-29 təyyarəsi qəzaya uğrayıb. Məsələ ilə bağlı ilk olaraq “White Sands” raket poliqonun Fövqəladə Xidmətlər İdarəsi tədbir görüb.
Məlumata görə, ekipaj üzvlərindən biri xırda yaralar alıb və dərhal yerli xəstəxanaya çatdırılıb. Heyətin digər üzvünün vəziyyəti isə dəqiq deyil. Rəsmilər onun barəsində məlumat əldə edildikdən sonra paylaşılacağını bildiriblər.
Ağalar Ağalarlı