Ordu.az RT-yə istinadən xəbər verir ki, Pentaqon Seulla olan daha iki birgə təlim proqramını qeyri-müəyyən müddətə dayandırıb.
Pentaqonun mətbuat katibi Dana Vaytın sözlərinə görə, qarşıdakı üç ay ərzində həyata keçirilməsi planlaşdırılan bu təlimlər qeyri-müəyyən müddətlik ləğv edilib.
Vayt ləğv edilən təlimlərin donanmalar arası mübadilə proqramına uyğun olduğunu bildirib. Bununla da iki ölkə arasında ləğv edilən təlimlərin sayı üçə çatıb.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ və Cənubi Koreya avqustda baş tutması planlaşdırılan Ulçi Azadlıq Qvardiyası təliminin ləğv edildiyini elan edib.
Ağalar Ağalarlı
Ordu.az