ASELSAN Konyada böyük təsisat açacaq

2018/06/received_2572018896357596_1529693054.jpeg
Oxunub: 3603     02:39     23 İyun 2018    
ASELSAN və Konya Savunma Sanayi Anonim şirkəti əməkdaşlığı çərçivəsində Türkiyənin Konya şəhərində böyük təsisat açılacaq.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının sədr müavini Əhməd Sorqun bəyan edib.

Onun sözlərinə görə, 300 milyon lirə sərmayəsi olacaq bu təsisatın qurulması ilə Türkiyənin ehtiyacı olan bütün müdafiə vasitələrinin istehsalı mümkün olacaq.

O bildirib ki, layihə dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb və qarşıdakı günlərdə tətbiqinə başlanacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin