“Northrop Grumman” Mk 48 torpedoları ilə bağlı müqavilə bağlayıb

2018/06/received_2572020596357426_1529691829.jpeg
Oxunub: 3264     02:26     23 İyun 2018    
“Northrop Grumman” ABŞ donanması ilə Mk48 ağır çəkili torpedolara dəstək müqaviləsi imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilənin dəyəri 17,9 milyon dollardır. Müqavilədə mühəndislik və təmir xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Bu işlərin 2018-ci ilin sentyabrında başa çatması planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Northrop-Grumman   ABŞ   Mk-48  


Bizi "telegram"da izləyin