Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni gəmilər əsasən amfibik dənizaltılar, freqatlar, dağıdıcı hücum gəmiləri və s. olacaq.
Donanmadan verilən açıqlamada qeyd olunub ki, hazırda bu hədəfə çatmaq üçün qarşıda dayanan ən ciddi problem heç də gəmilərin istehsalı, yaxud alışı ilə bağlı deyil.
“Pentaqon Donanmanın sahib olduğu gəmilərin sayını 355-ə çatdırmaq üçün kifayət qədər büdcəyə sahibdir. Əsas problem bu gəmilər üzərində nəzarətin saxlanılması və onların davamlı modernizasiyasının həyata keçirilməsidir.
Belə ki, ordu daxilində bu qədər ehtiyat hələlik əlçatmaz görünür lakin yaxın zamanlarda bu problemə qarşı alternativ variantlar üzərində işlər başlanılacaq”, - deyə bəyanatda bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az