Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Stoltenberq hazırkı vəziyyəti qənaətbəxş hesab edir.
O bildirib ki, son günlər Əfqanıstan hökuməti və “Taliban” arasında əldə edilmiş atəşkəs razılığı bölgədə sülhün təmin olunması adına ciddi bir uğur hesab edilməlidir.
“Bu son 2 onillikdə əldə olunmuş yeganə atəşkəs razılığıdır. Bu gələcək üçün çox şey vəd edir. Düzdür hələ də tərəflərin qət etməli olduqları uzun bir yol var. Amma istənilən halda bu addımı sülhün hökm sürəcəyi bir gələcək üçün başlanğıc hesab etmək olar”, - deyə Baş katib bildirib.
Qeyd edək ki, Əfqanıstan hökuməti ilə “Taliban” arasında Ramazan bayramı günü atəşkəs imzalanıb.
Dəyanət Ağalarlı
Ordu.az