"Bu NATO-ya üzvlük yolunda atılmış önəmli addımdır" - Poroşenko

2018/06/56756_1529667459.jpg
Oxunub: 4122     19:35     22 İyun 2018    
Ukrayna prezidenti Milli Təhlükəsizliklə bağlı qanun layihəsini ölkəsinin NATO üzvlüyü yolunda atdığı önəmli addım kimi xarakterizə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qanun layihəsi özlüyündə ölkənin hərbi məsələlərdə atacağı addımların ümumi strukturunu müəyyən edir.

Qanun layihəsi barəsində jurnalistlərin suallarını cavablandıran Ukrayna Prezidenti Petro Poroşenko bildirib ki, bu qanun ölkə üçün yeni bir mərhələnin başlanğıcı olacaq.

“Milli Təhlükəsizlik üzrə qanun layihəsi NATO-ya üzvlük yolunda atılmış önəmli addımdır. Bu addım bizim NATO üzvləri ilə, xüsusilə də ABŞ-a inteqrasiyamız baxımından uğurlu hesab olunmalıdır”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poroşenko   MT  


Bizi "telegram"da izləyin