“NATO-nun Britaniyaya ehtiyacı var” - Stoltenberq

2018/06/645_1529665350.jpg
Oxunub: 1400     19:01     22 İyun 2018    
“NATO Böyük Britaniya ordusunun hərbi gücünə ehtiyac duyur”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ötən gün təşkilatın Baş katibi general Yens Stoltenberq Böyük Britaniyada rəsmi səfəri zamanı bildirib.

Böyük Britaniya baş naziri Tereza Meylə görüşən Stoltenberq bildirib ki, hazırda NATO rahatlıqla bir üzv dövlət kimi Böyük Britaniyaya güvənə bilər, lakin Britaniyanın üzvlüyünün bundan sonra da davam etdirilməsinə ehtiyac var.

“Böyük Britaniya da digər üzv dövlətlər kimi NATO üçün çox dəyərlidir və qurumun önəmli halqasını təşkil edir. Hər iki tərəfin maraqlarının təmin edilməsi üçün bu əməkdaşlıq bundan sonra da davam etdirilməlidir”, - deyə Baş katib sözlərinə əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Britaniya  


Bizi "telegram"da izləyin