Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama ABŞ Müdafiə Nazirliyindən verilib.
Açıqlamada qeyd olunub ki, müqavilə 2014-cü ildə M151, M274, M257, M278, M156, M264 və WTU-1/B raketlərinin bir sıra xarici ölkələrə təhvil verilməsi ilə bağlı əldə edilən beynəlxalq razılaşmanın tətbiqi hissəsini təşkil edəcək.
Müqaviləyə əsasən ABŞ Səudiyyə Ərəbistanı, Əfqanıstan, Keniya, İordaniya, Nigeriya və Qətərə adı çəkilən silahların satışını həyata keçirəcək.
Qeyd edək ki, Pentaqon bu silahların istehsal olunması üçün şirkətə 149 milyon dollar ödəyəcək.
Dəyanət Ağalarlı
Ordu.az