“Google” işçiləri daha bir hərbi layihəni boykot ediblər

2018/06/4584851450214_1529659594.jpg
Oxunub: 2550     17:27     22 İyun 2018    
“Qrup 9” kimi tanınan “Google” kompaniyasının proqram təminatı mühəndislərindən ibarət komanda təhlükəsizlik aləti üzərində işləməkdən imtina edib.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb “Google”nin həmin vasitəni önəmli hərbi müqaviləni udmaqda istifadə etməyi planlaşdırması olub.

Mühəndislərin etirazından sonra kompaniyanın texniki işlər üzrə icraçısı Urs Hölzle bu layihənin də ləğv olunduğunu bəyan edib.

Xatırladaq ki, “Google” “Maven” layihəsindən də bu formada çəkilməli oldu. Layihə dronlardan əldə edilən görüntünü analiz etmə qabiliyyətinə malik süni zəka istehsalını nəzərdə tuturdu. Lakin kompaniyanın işçiləri süni zəkanın hərbdə istifadəsinə qarşı çıxaraq Pentaqonla birlikdə aparılan bu layihəni icra etməkdən imtina etdilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Google   Pentaqon   Boykot  


Bizi "telegram"da izləyin