Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin donanması son dövrdə qısa müddət ərzində ciddi tədbirlər görərək, inqilabi irəliləyiş əldə edib.
Yaxın illərdə Çin sakit şəkildə esmines və freqat filotiliyasının sayını və döyüş qabiliyyətini böyük ölçüdə artırıb. “Type 051C” və “Type 052B” esmineslərinin suya buraxılması donanmanın stels texnologiya və havadan müdafiə sahəsində iddialı olduğunu göstərirdi.
Sonrakı illərdə donanma praqmatik addımlar ataraq daha qabaqcıl “Type 052C” və “Type 052D” gəmilərini istifadəyə verdi. On ildən də qısa müddət ərzində inşa edilən “Type 055” esminesi isə bu ilin ikinci yarısında xidmətə veriləcək. Bu esmines donanmanın havadan müdafiə, quru hücumları və raket, gəmi, sualtı gəmi əleyhinə müharibə imkanlarını gücləndirəcək.
Ağalar Ağalarlı
Ordu.az