ABŞ QQ-nin komandiri: “ABŞ və Rusiya uyğun səviyyələrdə koordinasiya aparırır”

2018/06/7567_1529650664.jpg
Oxunub: 2712     14:56     22 İyun 2018    
Birləşmiş Ştatlar və Rusiya beynəlxalq məsələlər üzərində uyğun səviyyələrdə koordinasiya aparırlar.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ QQ-nin komandiri Mark Milley bildirib.

“Beynəlxalq səviyyədə biz əlbəttə ruslarla danışırıq. Bizim səfirliklərimiz var və onlar vasitəsilə informasiya mübadiləsi həyata keçirilir, beləliklə biz uyğun səviyyədə koordinasiya aparırıq”, - deyə Milley bəyan edib.

Qeyd edək ki, ABŞ ordusu Rusiya ilə hərbi əməkdaşlığı 2014-cü ildən etibarən demək olar ki, dayandırıb. Lakin son olaraq ötən həftə iki ölkənin Baş Qərargah rəisləri Valeri Gerasimov və Cozef Danford bir araya gələrək müzakirələr aparıblar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya   QQ  


Bizi "telegram"da izləyin