İraq yarımhərbi qüvvələri Suriya sərhədindən çəkilməyib

2018/06/345345_1529649820.jpg
Oxunub: 1416     14:42     22 İyun 2018    
İraqın hökumət meyilli yarımhərbi qoşunları Suriya ilə sərhəd bölgəsi Anbar vilayətindən çəkilməyə dair yayılan xəbərləri təkzib edib.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Həşd əl-Şəbi”yə yaxın mənbələr bildirib.

Qeyd edək ki, daha öncə yayılan xəbərlərdə bu qüvvələrin Suriya ərazisində ABŞ tərəfindən hədəf alınmasından sonra onların İraq-Suriya sərhədinə yaxın bölgələrdən çəkildiyi iddia edilirdi. Lakin mənbələr bu xəbərlərin əsassız və yanlış olduğunu bildiriblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Suriya   Anbar  


Bizi "telegram"da izləyin