Husilər BƏƏ təyyarəsinin vurulduğunu iddia edib

2018/06/34534_1529648093.jpg
Oxunub: 1996     14:20     22 İyun 2018    
Husi qiyamçıları Yəmənin Səudiyyə Ərəbistanla sərhəd bölgəsində Birləşmiş Ərəb Əmirliyinə məxsus kəşfiyyat təyyarəsinin vurduğunu iddia ediblər.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, təyyarənin Qırmızı dəniz sahilində vurulduğu və ekipaj üzvlərinin həlak olduğu bildirilir.

Məlumata görə, BƏƏ-yə məxsus olan təyyarə Səudiyyə Ərəbistanın cənub-qərb, Yəmənin isə şimal-qərb sahillərində kəşfiyyat missiyası həyata keçirirdi. Bu xəbərdən bir qədər öncə isə qiyamçılar Səudiyyə Ərəbistanına məxsus kəşfiyyat dronunun vurulduğu xəbərini yayıblar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Husilər  


Bizi "telegram"da izləyin