Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, gələn həftəyə planlaşdırılan səfərin uğurlu olması isə tərəflər arasında olan təhlükəsizlik və ticarət məsələlərindən dolayı şübhə altındadır.
Ekspertlər bildirirlər ki, Vaşinqtonun yeritdiyi xarici siyasət, tarif müharibəsi, ABŞ-ın rəhbərlik etdiyi dəniz təlimlərindən Çinin çıxarılması və Tramp administrasiyasının Tayvan strategiyası Çinin etibarını zədələyib.
“Problem sadəcə ABŞ hökumətinin bir şeyi deyib, başqa şey etməsində deyil. Amerikanın bir çox yüksək səlahiyyətli rəsmisi hegemonizm və hərbiləşmə ideyaları irəli sürürlər. Onlar inanırlar ki, hərbi gücdən istifadəyə haqları var. Bu konteksdə Çin və ABŞ-ın ortaq məxrəcə gəlməsi çətindir. Buna Koreya nüvə məsələsi, Cənubi Çin dənizi problemi və s. də daxildir”, - deyə Jilin Universitetinin Şimal-Şərq Asiya İnstitutunun sədri bildirib.
Ağalar Ağalarlı
Ordu.az