Stoltenberq: “NATO-nun mövcudluğuna heç bir zəmanət yoxdur”

2018/06/345345_1529646796.jpg
Oxunub: 1762     13:51     22 İyun 2018    
NATO Baş katibi Yens Stoltenberq Birləşmiş Ştatlar və NATO-nun avropalı üzvləri arasındakı anlaşmazlıqların böyüməsindən ehtiyat edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki. Stoltenberq bu məsələni Birləşmiş Krallığa etdiyi iki günlük rəsmi səfərində qaldırıb.

O bildirib ki, hazırda NATO-nun mövcudluğunu qoruya biləcəyinə dair heç bir zəmanət yoxdur və alyansın yenidən möhkəmlənməsi üçün təcili səylər görülməlidir.

Buna əsas səbəblər isə ABŞ və Avropa arasında İran nüvə sazişi, iqlim dəyişikliyi və digər bir sıra məsələlər üzərində meydana gələn anlaşmazlıqlardır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ABŞ  


Bizi "telegram"da izləyin