Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu barədə bu gün HHQ-nin mətbuat xidməti məlumat yayıb.
ABŞ HHQ 2020-2032-ci illər arasında azı 7 bazasında yerləşən UH-1N helikopterlərini əvəzləməyi planlaşdırır. Bununla bağlı hələ 2016-cı ildə ABŞ Baş Qərargahı 46 yaşlı həmin təyyarələrin əvəzlənməsi məqsədilə 84 yeni təyyarənin alınacağını açıqlayıb.
ABŞ HHQ-nin rəsmi internet saytında göstərilən məlumata görə, 2015-ci ilin məlumatlarına əsasən HHQ-nin xidmətində 59 “Huey” helikopteri var.
Ağalar Ağalarlı
Ordu.az