Ordu.az TASS-a istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin Müdafiə və Xarici İşlər nazirləri üz-üzə gələcəklər.
Danışıqların mərkəzi nöqtəsi cənubi Kuril adaları ilə bağlı məsələ olacaq. Yaponiya tərəfi görüşdə Rusiyanın bölgədəki hərbi mövcudluğunu genişləndirmə planını qaldırmağı planlaşdırır. Belə ki, Rusiya adalara raket sistemləri yerləşdirməyi düşünür.
Bundan əlavə olaraq nazirlər Koreya yarımadasındakı cari vəziyyəti, yarımadanın nüvəsizləşdirilməsi prosesini də müzakirə edəcəklər.
Ağalar Ağalarlı
Ordu.az