Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Xüsusi Tədbirlər Razılaşması üzrə dördüncü görüş gələn həftənin çərşənbə axşamı və çərşənbə Cənubi Koreyanın paytaxtı Seul şəhərində baş tutacaq.
Nazirliyin məlumatına görə, tərəflər ötən üç görüşdə edilən müzakirələr zamanı ortaya çıxan fərqlilikləri aradan qaldırmağa çalışacaqlar.
Xatırladaq ki, bu məsələ ilə bağlı sonuncu dəfə 2014-cü ildə bağlanan müqavilənin müddəti bu il dekabrın 31-də başa çatır.
Ağalar Ağalarlı
Ordu.az