Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, SQQ ötən gecə Bədiyə əl-Şam şəhərində ciddi üstünlük qazanıb.
Hökumət qoşunlarının həmin bölgədə ondan çox şəhər və qəsəbəni azad etdiyi bildirilir. Ümumi azad edilən ərazi 650 kv-km-ə yaxındır.
Buna baxmayaraq ordu İŞİD-in mərkəzlərindən olan əl-Sveydənin şərq hissəsini terrorçulardan təmizləmək üçün daha 1000 kv-km ərazini azad etməlidir.
Ağalar Ağalarlı
Ordu.az