Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, bu barədə Müdafiə naziri Qavin Uilyamson və digər hərbi rəsmilərlə görüşündə danışıb.
Mey Qavin Uilyamsona Britaniyanın nüvə silahları, dünyanın hər yerinə yerləşdirə biləcək Quru Qoşunları, donanması və hava qüvvələri olan yüksək səviyyəli hərbi güc olmalı olduğunu bildirib.
O, Uilyamsonun Britaniyanın müasir hərbi güc olması və kiber müharibə təhdidlərinin öhdəsindən gəlmək üçün lazım olan imkanlar barəsində yenidən düşünməli olduğunu vurğulayıb.
Onun ifadələri isə Britaniya Müdafiə Nazirliyində şok dalğası yaradıb. Çünki Nazirlik büdcə kəsintilərindən dolayı uzun müddətdir gündəlik vəzifələri yerinə yetirmək üçün lazım olan ləvazimatların əldə edilməsində belə çətinlik çəkir.
Ağalar Ağalarlı
Ordu.az