Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Müşahidə Qrupu məlumat yayıb.
Məlumata görə, hökumət qüvvələri Busra əl-Şam, Busra əl-Harir, Tal əl-Harra, əl-Musayka və əl-Hirak qəsəbələrinə ağır hava zərbələri endirib. Bu hücumlar nəticəsində terrorçuların xeyli sayda itki verdiyi bildirilir. Təkcə əl-Şama hücumda azı 10 terrorçu məhv edilib.
Qeyd edək ki, Suriya ordusu Deradakı terrorçulara bölgəni tərk etməklə bağlı edilən təklif qəbul edilmədikdən sonra uzun müddət idi ki, bölgəyə böyük sayda qüvvə cəmləyirdi.
Ağalar Ağalarlı
Ordu.az