Ordu.az xəbər verir ki, bu barədə rəsmi açıqlama Pentaqondan verilib.
Bəyanatda qeyd olunub ki, Pentaqon hazırda bu qərara hazır deyil.
“Ordu daxilində Kosmik Qüvvələrin formalaşdırılması kifayət qədər maliyyə ehtiyatları tələb edən layihədir. Hazırda Pentaqon bu layihəyə maddi olaraq hazır deyil. Bu addım qurumda ciddi büdcə kəsrinə yol açacaq”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, bazar ertəsi ABŞ prezidenti ordu daxilində altıncı xüsusi bölmə olacaq Kosmik Qüvvələrin yaradılması ilə bağlı fərman imzalayıb. Bir çox generallar bu addımın əvvəlcə ictimai debatlardan keçirildikdən sonra müsbət qarşılanacağı təqdirdə verilməsinin gərəkli olduğunu qeyd ediblər.
Dəyanət Ağalarlı
Ordu.az