Almaniya Müdafiə naziri müdafiə büdcəsində önəmli artım vəd edib

2018/06/345_1529565120.jpg
Oxunub: 3893     15:10     21 İyun 2018    
Almaniya Müdafiə naziri xanım Ursula von der Leyen ABŞ-dan olan həmkarı Ceyms Metisə ölkəsinin müdafiə sahəsində büdcə artımına gedəcəyini vəd edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə razılıq ötən gün tərəflər arasında keçirilən ikitərəfli görüş zamanı əldə olunub.

Almaniya Müdafiə Naziri bildirib ki, hazırda ölkəsinin müdafiə məsələlərinə ayırdığı dövlət büdcəsi ölkə ÜDM-nin 1 faizini təşkil edir.

“Biz müdafiə sahəsində xərclərimizi daha da artırırıq. 2024-cü ilə kimi bu rəqəm 1,5 faziə qaldırılacaq”, - deyə xanım Leyen bildirib.

Qeyd edək ki, NATO standartlarına əsasən üzv dövlətlərin müdafiə xərcləri ölkənin ümumdaxili məhsulunun 2 faizini təşkil etməlidir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   MN   Müdafiə-sahəsi  


Bizi "telegram"da izləyin