Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni komandanlıq əsasən Amerikanın kosmosdakı peyklərinin istifadəsini müəyyən edəcək.
Belə ki, ekspertlər yeni qərarla ABŞ-ın Yerin orbitinə əsgərlər yerləşdirməsini gözləməyin sadəlövhlük olacağını bildirirlər.
“O, tamamilə pilotsuz, uzaqdan idarəolunan peyklərdən ibarət olacaq”, - deyə Aerokosmik Təhlükəsizlik Layihəsinin direktoru Harrison bildirib.
Onun sözlərinə görə, planet ətrafı orbitdə artıq çoxsaylı münaqişələr baş verməkdədir. Lakin bütün bunların hamısı rəqəmsal səviyyədədir. Yəni peyklərə kiber hücumlar, onların kor edilməsi və ya uzaqdan müdaxilələr olunur.
Harrison bildirib ki, kosmosda hazırda kinetik hücumlar olmasa da, hər zaman qeyri-kinetik formalı hücumlar müşahidə edilir.
Ağalar Ağalarlı
Ordu.az