Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Nyu Yorkda yerləşən Binqhamton universitetində yeni tədqiqat aparılır.
Hesablamalara görə, hazırda dünyada müxtəlif ölçü və formaya sahib 100 milyondan çox mərmi, partlayıcı qurğu mövcuddur. Bunların bir milyonu plastik minalardır. Bunlar “kəpənək” minalar adlanır.
Universitetin tədqiqatçıları bu minaları aşkarlamağa imkan verən kiçik xərcli dronlarlar hazırlayıb. Professor Aleks Nikulin dronlarda infraqırmızı kameralardan istifadə olunduğunu və bunların sayəsində dinamik termal vəziyyətin müəyyənləşdirilməsinə imkan verdiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az