Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert Vyaçeslav Tetekin bəyan edib.
“Voyenno-Promyshlenny kuryer”də çıxan yazısında Tetekin bu dövlətlərin Rusiyanın milli təhlükəsizliyi baxımından açar rola malik olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya bu bölgədəki təsirini indi bərpa etməsə, o, həmin ölkələrin də Qərbə birləşməsini müşahidə etmək məcburiyyətində qala bilər.
Tetekin bildirir ki, bircə dəfə keçmiş Sovet respublikalarına baxdıqda aydın olur ki, Moskva təkcə keçmiş təsirini itirməklə qalmayıb, indi sahib olduğu nüfuzu da sürətlə itirir: “Burda Ukraynadan, Gürcüstandan, NATO-da olan Baltik ölkələrindən danışmağa dəyməz. Mən hətta Rusiya hökumətinin öz mövqeyini sarsılmaz gördüyü Ermənistan və Belarusu nəzərdə tuturam”.
“Əlbəttə bunda Rusiya diplomatiyasını ittiham etmək olar, lakin xarici siyasət Xarici İşlər Nazirliyinin fəaliyyətindən daha geniş məna daşıyır. Buna görə də, Rusiyanın postsovet ölkələrindəki mövqeyinin mühafizəsi və bərpası kompleks xarakter daşımalıdır”, - deyə Tetekin qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az