Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, eniş əsasən NATO üzvlərinə edilən ixracatda baş verib.
Hökumətdən açıqlanan statistikada qeyd olunub ki, 2017-ci ildə Almaniya 6,24 milyard avro dəyərində silah ixracatı həyata keçirib. Bu da 2016-cı illə müqayisədə 600 milyon, başqa sözlə 10 faizlik bir eniş deməkdir.
Məlumatda qeyd olunub ki, silah satışındakı enişin əsas səbəbi NATO üzvlərinin alman silahlarına tələbatının azalmasıdır.
Açıqlamada da bildirilib ki, ötən il ümumi rəqəmlərdə eniş olsa da Əlcəzair və Misirə edilən silah ixracında önəmli artım da əldə edilib.
Dəyanət Ağalarlı
Ordu.az