Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat İsrail Müdafiə Nazirliyindən verilib.
Açıqlamada qeyd olunub ki, ötən gün ərzində Qəzzadan İsrail istiqamətində ümumilikdə 45 raket zərbəsi endirilib. Bu zərbələrin 7-si “Dəmir Qübbə” raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Ordu dərhal bu hücumlara cavab verib. Havaya qaldırılan qırıcılar hücumların həyata keçirildiyi HƏMAS mövqelərinə havadan zərbələr endirib.
Dəyanət Ağalarlı
Ordu.az