Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələyə Təhlükəsizlik Şurasının iclasında baxılıb və Fransa, Böyük Britaniya, ABŞ status-kvonun qorunmasına qərar verib.
Fransa, tələblərdə bir çox ölümcül silahlarla bağlı sanksiyaların qaldırılmasının olduğunu qeyd edib: "Biz daha çox bununla bağlı əsaslandırılmış səbəblərin gətirilməsini istəyirik".
Britaniyadan verilən bəyamatda bildirilib ki, sanskiyalar aradan qaldırılacağı təqdirdə göndəriləcək silahlar Kamerunla nəzarətsiz qalmış sərhəd bölgələrindən keçəcək.
ABŞ-dan isə məsələ ilə bağlı verilən açıqlamada qeyd olunub ki, heç bir hava hücumu təhlükəsi olmadığı halda hava hücumundan müdafiə vasitələrinin alınması ilə bağlı təkliflər sual doğurur.
Bəyanatlardan sonra MAR Müdafiə naziri Mariye Koyara bildirib ki, bu sanksiyanın aradan qaldırılması ölkənin təhlükəsizlik qüvvələrinin sivil əhalini təhlükə qarşısında qoyan, qeyri-qanuni silahlı fəaliyyətlə məşğul qruplaşmalara qarşı mübarizəsini daha da gücləndirəcək.
Qeyd edək ki, Çin BMT-nin sanksiyaları aradan qaldıracağı təqdirdə MAR-ı 12 zirehli texnika, 4 hücum texnikası, 50 tapança, 6 snayper tüfəngi, 40 ədəd səs boğucu vasitələrlə birlikdə müxtəlif kalibrli silah, 300 raket, 500 tank əlehinə qumbara, 725 min patron və 15 min göz yaşardıcı qumbara ilə təmin edəcəyini bildirmişdi.
Ağalar Ağalarlı
Ordu.az